Guller haqqinda - 6 June 2010 - Sessiz Dragon - Sessizdragon.ucoz.com
Main » 2010 » Iyun » 6 » Guller haqqinda
17:22
Guller haqqinda
Qan rəngi, qıpqırmızı güllərə huşunu itirərdi. Onsuz da onlarla adaş idi də Ərinin sevimli Rosesi idi. ..Her Sevgililər Günündə qapısının qarşısında tapdığı ləziz fiyonklarla bəzəkli qucaq dolusu qırmızı güllərlə qeyd edərdi. Heç axsamadan. Hətta,yoldaşını itirdiyi il da qapısı döyülmüş, gülləri qucağına buraxılmışı idi. Eynilə keçmişdə olduğu kimi, kiçik bir kartla birlikdə. Hər il güllərə iliştirdigi karta eyni cümlələri yazardı : "Səni bu il, keçən ilkindən daha çox sevirəm." Birdən, bunların son gülləri oldugunu düşündü. Əvvəldən ismarlamış olmalı idi. Öləcəyini necə belə bilərdi? Onsuz hər şeyi əvvəldən planlamağı və etməyi sevərdi. Gülləri diqqətlə içəri daşıdı. Saplarını kəsdi, vazaya yerləşdirdi. Vazanı da konsolun üzərinə, yoldaşının özünə, gülümsəyən fotoşəkilinin yanına qoydu. Orada ərinin kreslosunda oturub saatlarla gülləri və fotoşəkili seyr etdi. Səssizcə... Bitmək bilməyən bir il keçdi. Yapayanlız və hüzn dolu bir il. ..Sonra bir səhər qapı döyüldü. Eynilə köhnə günlərdə olduğu kimi qıpqırmızı gülləri, üzərində kiçik kartıyla birlikdə eşikdə idi. Sevgililər Gününü qeyd edirdi. Gülləri içəri götürdü. məəttəl içində doğru telefona getdi. Çiçəkçi dükanını axtardı. Onu bu qədər üzməyə kimin nə haqqı var idi? Bilirəm dedi, çiçəkçi. yoldaşınızı keçən il itirdiniz. Zəng edəcəyinizi də bilirdim. Bu gün sizə göndərdiyim gülləri çox əvvəldən ismarlayıb, pulunu da ödəmişdi. həmişə elə edərdi onsuz da. Heç şansa buraxmazdı. Faylımda təlimat var. Bu çiçəkləri sizə hər il göndərəcəyəm. Bir də xüsusi kart vardı. Öz əl yazısıyla. Bilməniz gərək deyə düşünürəm. Ölümündən sonra çiçəklərə ilişdirməmi istedigi kart. Rose hıçqırıqlar arasında təşəkkür edərək telefonu bağladı . Barmaqları titrəyərək zərfi açdı. "Salam sevgilim" deyə başlayırdı kart. "Bir ildir ayrıyıq. Ümid edirəm sənin üçün çox çətin olmamışdır. Təkliyini və ağrılarını hiss edə bilirəm. Gedən sən, qalan mən olsaydim nələr çəkərdim, kim bilər ? Sevgi paylaşıldığında həyatın dadına doyum olmur. Səni sözlərlə izah edilə bilməyəcək qədər çox sevdim. Möcüzə bir yoldaş idin. Dostum, sevgilim, mənim. Yalnız bir ildir ayrıyıq. Özünü buraxma. Şəbəkələrkən belə xoşbəxt olmağını istəyirəm. Onun üçün bundan sonrakı illərdə güllər həmişə qapımızda olacaq. Onları qucağına götürdüyündə paylaşdığımız xoşbəxtliyi və müqəddəs hesab edildiyimizi düşün. Səni həmişə sevdim. Hər zaman da sevəcəyəm. Amma yaşamalısan. Davam etmelisən. Lütfən xoşbəxtliyi yenidən tutmağa çalliş. Asan deyil, bilirəm amma bir yolunu tapacağına əminim. Güllər, sənin qapını açmadığın günə qədər gəlməyə davam edəcək. Ogün çiçəkçi beş ayrı zamanda gəlib qapını döyəcək, evə dönüb dönmədiyini nəzarət edəcək. Beşincidən sonra əmin olaraq gülləri ona verdigim yeni ünvana gətirib səninlə yenidən və əbədi olaraq qovuşduğumuz yerə buraxacaq."
Category: Maraqlı | Views: 1068 | Added by: Fb99 | Rating: 0.0/0
Total comments: 0
Ad *:
Email:
Kod *: